Türkiyənin Ərzincan vilayətinin Tercan rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
Azmedia.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerin 15,67 kilometr dərinliyində meydana gəlib.
Dağıntı və tələfat qeydə alınmayıb.