Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA

ŞOU BİZNES

27 Aprel 2024 10:24

Oxunma sayi: 125
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb?  - AÇIQLAMA

Sosial şəbəkələrdə Əməkdar artist Elnarə Abdullayevanın iştirak etdiyi toya görə guya 14 min manat pul alması ilə bağlı iddialar yayılıb.

İddialara əsasən, o, Şəmkirin Sabirkənd kəndindəki sünnət toyunda dörd saatlıq iştirakı qarşılığında 14 min manat qazanıb.

Azmedia.Az xəbər verir ki, iddialarla bağlı Oxu.Az Əməkdar artist Elnarə Abdullayeva ilə əlaqə saxlayıb.

Səsləndirilən iddialarla bağlı Əməkdar artist bildirib ki, xəbərlər yalandır:

“Mən bu barədə heç kimə məlumat verməmişəm. Yalan məlumatdır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!