“Çempionlar Liqasında udduğumuz “Qarabağ“la indi aramızda yerlə-göy qədər fərq var“

İDMAN

27 Aprel 2024 11:16

Oxunma sayi: 157
“Çempionlar Liqasında udduğumuz “Qarabağ“la indi aramızda yerlə-göy qədər fərq var“

BATE və Belarus millisinin sabiq yarımmüdafiəçisi Stanislav Draqun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunları (1:0, 1:1) xatırlayaraq, Ağdam təmsilçisinin hazırkı performansını xüsusi qeyd edib.

Azmedia.Az Sportinfo.az-a istinadən xəbər verir ki, “Smartpress.by” portalına danışan belaruslu Azərbaycan çempionu haqda bunları söyləyib: 

"Niyə belə oldu ki, 12 il əvvəl biz gürcüləri məğlub etdik, indi isə onlar AVRO-2024-ə vəsiqə qazandılar? Sual dərin təhlil tələb edir.

Mən daha bir müşahidəni klub futbolundan əlavə edə bilərəm. 2018-ci ildə BATE Çempionlar Liqasında "Qarabağ"ı məğlub edərək növbəti mərhələyə keçmişdi.

Bu, çox yaxınlarda idi. İndi eyni heyətlə “Qarabağ” avrokuboklarda uğurla çıxış edir, bəs BATE haradadır? Yerlə-göy qədər fərq var! Bəziləri inkişaf edir, bəziləri isə pisləşir".

Belarus millisinin sabiq üzvü “Dinamo”(Minsk), “Krılya Sovetov”, “Orenburq” klublarında oynayıb. O, artıq karyerasını başa vurub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!