Xəbər verdiyimiz kimi, Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub.
Hadisə ilə bağlı TƏBİB-dən bildilirib ki, zəhərlənən 34 nəfərdən 15-i azyaşlıdır:
"Mayın 7-də, saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Onlardan 15-i uşaqdır.
Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur".