Yekaterinburqda yanğından xilas olmaq istəyən şəxs iyirminci mərtəbədən yıxılıb - VİDEO

DÜNYA

07 May 2024 17:19

Oxunma sayi: 330
Yekaterinburqda yanğından xilas olmaq istəyən şəxs iyirminci mərtəbədən yıxılıb  - VİDEO

Yekaterinburqun Soyuznaya küçəsində çoxmərtəbəli bina yanır.

Məlumata görə, yanğından xilas olmaq istəyən bir nəfər göydələnin iyirminci mərtəbəsindən yıxılıb.

İnsanlar boğulmamaq üçün pəncərələrdən xilas olmağa çalışırlar. Evlərdən birinin sakini eyvandan asılı vəziyyətdə qalıb. Lakin özünü saxlamağa gücü çatmayaraq aşağı uçub. Başqa bir adam isə pəncərədə oturub xilas olunmasını gözləyir. Daha bir sakin isə divara pərçimlənmiş kondisionerin borusu vasitəsilə qonşu evə pəncərənin şüşəsini sındıraraq keçib.  Həyət avtomobillərlə dolu olduğundan xilasedicilərin çoxmərtəbəli binaya çatması çətinləşir.

Mənbə: “Mash” “Telegram” kanalı

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!