Telefonsuz qalmaq qorxusu...

SAĞLAMLIQ

30 Aprel 2024 16:52

Oxunma sayi: 280
Telefonsuz qalmaq qorxusu...

Hər gün, hər saat smartfondan istifadə insan psixikasında dərin iz qoyur və asılılıq yaradır.

Azmedia.Az  xəbər verir ki, psixiatr Viktor Rudov telefon asılılığının xəstəliyə çevrildiyini bildirib.

"Nomofobiya - telefonundan ayrılmaq, ayrı düşmək, telefonsuz qalmaq qorxusudur. Telefonun zərərləri az deyil: yuxusuzluq, depressiya, təşviş, diqqət yayqınlığı, sosial fobiya, skolioz. Üstəlik telefonsuz qalmaq qorxusu əlavə təşviş yaradır. Hazırda bu sindromdan telefon istifadəçilərinin 3-də ikisi əziyyət çəkir.

Rəqəmsal asılılığı vaxtında saxlamaq lazımdır, çünki dərinləşsə, yalnız psixiatrik metodlarla xilas mümkündür.

Psixikadan əlavə gadcetlərdən saatlarla istifadə beyini, empatiyanı və libidonu əzir.

Gündə 1 saat tam telefonsuz saat elan edin, 1 gün telefonu evdə unudun, kitab, kağız informasiyaya keçin, vizual canlı seyri artırın", - Rudov qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!