Şoyqu: ABŞ Ukraynadan Rusiyanın hücumunu dayandırmağı israrla tələb edir

DÜNYA

03 May 2024 16:30

Oxunma sayi: 318
Şoyqu:  ABŞ Ukraynadan Rusiyanın hücumunu dayandırmağı israrla tələb edir

ABŞ və müttəfiqləri Ukraynadan nəyin bahasına olursa-olsun, Rusiya Silahlı Qüvvələrinin hücumunu dayandırmağı israrla tələb edirlər.

Azmedia.Az  xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, Ukrayna ordusunun bölmələri müəyyən istiqamətlərdə müqavimət göstərməyə çalışırlar: “Lakin Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində geri çəkilirlər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!