Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin  yarımfinal mərhələsi keçirilib - FOTO

ÖLKƏ

06 May 2024 11:44

Oxunma sayi: 343
Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin  yarımfinal mərhələsi keçirilib  - FOTO

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin  yarımfinal mərhələsi keçirilib.

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin  yarımfinal  mərhələsi keçirilib. 

Bu barədə Azmedia.az-a İdarədən məlumat verilib. 

Regional Təhsil İdarəsi üzrə yarımfinal mərhələsi Şirvan şəhər 16 nömrəli və Salyan şəhər 4 nömrəli tam orta  məktəblərdə təşkil edilib. Yarımfinal mərhələsində hər iki müsabiqə üzrə 572 nəfər şagird iştirak edib. 

Qeyd edək ki, müsabiqələrin keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağının artırılmasıdır.

Tural Ədalətoğlu

Azmedia.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!