Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO

ÖLKƏ

06 May 2024 13:30

Oxunma sayi: 517
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər  - FOTO/VİDEO

Bakıda sahibsiz itlərin insanlara hücum etməsi ilə bağlı növbəti hadisə yaşanıb.

Azmedia.Az  Baku.ws-ə istinadən xəbər verir ki, bu dəfə xoşagəlməz hal Xırdalan şəhərində yaşanıb.

Sahibsiz itlər AAAF park yaşayış kompleksində yaşayan sakinlərə hücum ediblər. Hadisə xəsarətsiz ötüşməyib.

Belə ki, itlərdən biri həmin ərazidə yaşayan sakinlərdən birini qolundan yaralayıb.

Şikayətdə o da bildirilib ki, itlər həmin yaşayış kompleksinin sakinlərinin həyatını çətinləşdiriblər. İtlər binanın həyətinə düşmək istəyən yaşlı, gənc, uşaq bilmədən hamıya hücum edirlər. İnsanlar artıq qorxu içində yaşamaq istəmədiklərini bildiriblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!