Piramidaların ətəyində dəbdəbəli toy: Fantastik qiymətə başa gəldi - FOTO

MARAQLI

07 May 2024 12:10

Oxunma sayi: 640
Piramidaların ətəyində dəbdəbəli toy:  Fantastik qiymətə başa gəldi - FOTO

Amerikalı milyarder Ankur Ceyn və keçmiş WWE idmançısı Erika Qammondun dəbdəbəli toylarının dəyəri məlum olub.

Qeyd olunur ki, cütlük Misirin Giza şəhərində piramidaların ətəyində və məşhur Sfinks heykəlinin qarşısında nikah bağlayıblar. İnsayderlərin sözlərinə görə, yeni evlənənlər əlamətdar günü tarixi yerlərin yaxınlığında keçirmək üçün ölkə hakimiyyətinə 200 min dollar (340 min manat) ödəyiblər. Toyda Misir siyasətçiləri, o cümlədən turizm naziri Zahi Havass iştirak edib.

Jurnalistlərin hesablamalarına görə, bir həftə davam edən bütün toy tədbirləri Ceyn və Qammonda üç milyon dollara (5,1 milyon manat) başa gəlib. Mərasimdə məşhurlar və tanınmış iş adamları da daxil olmaqla ümumilikdə 130 nəfər iştirak edib.

 

Mənbə: The Art Insider

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!