Mauro İkardi karyera rekordunu yeniləyib

İDMAN

06 May 2024 11:52

Oxunma sayi: 376
Mauro İkardi karyera rekordunu yeniləyib

Türkiyə Super Liqasının 35-ci həftəsində "Qalatasaray" "Sivasspor"u 6:1 hesabı ilə məğlub edib.

Azmedia.Az  xəbər verir ki, "sarı-qırmızılılar"ın qollarını Hakim Ziyeş (2), Dris Mertens (2) və Mauro İkardi (2) vurub.

"Qalatasaray" bu mövsüm liqada 31-ci qələbəsini qazanaraq xallarını 96-ya çatdırıb.

Mauro İkardi "Sivasspor"a 2 qol vuraraq karyera rekordunu yeniləyib.

Karyerasında bir mövsümdə maksimum 29 qol vuran Mauro İkardi bu gün vurduğu qollarla cari mövsümdə qol sayını 30-a çatdırıb.

Argentinalı ulduz geridə qalan 3 matçda daha 3 qol vursa, keçmiş "Fənərbaxça"lı Aleks de Souzanın bir mövsümdə atdığı 44 qol qatqısı rekordunu qıracaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!