“İnklüziv təhsilin könüllüləri ilə əlçatan təhsil“ layihəsinin icrası davam edir

ÖLKƏ

03 May 2024 10:45

Oxunma sayi: 451
“İnklüziv təhsilin könüllüləri ilə əlçatan təhsil“ layihəsinin icrası davam edir

"İnklüziv təhsilin könüllüləri ilə əlçatan təhsil" layihəsinin icrası davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan "İnklüziv təhsilin könüllüləri ilə əlçatan təhsil" layihəsinin icrası davam edir.

Azmedia.Az-ın məlumatına görə, icra planına uyğun olaraq, layihəyə cəlb olunmuş tələbələrin məktəblərdə təhkim olunduqları siniflərdə həftəlik fəaliyyətləri izlənilir. Həmçinin pedaqoq və ekspertlərin iştirakı ilə tələbələrin fəaliyyətləri haqqında hesabatlar hazırlanır.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd ADPU-nun Quba filiallında təhsil alan 20 nəfər III və IV kurslarına inklüziv təhsil üzrə təlimlərdən keçirmək, gələcəyin müəllimlərinin inklüziv sinif otaqlarında dərs keçmək üçün potensial və səriştələrinin artırmaq, onların biliklərinin paylaşması və ilkin təcrübələrinin toplanması məqsədilə məktəblərdə könüllülük failiyyətinə cəlb etmək və məktəbdə öyrənmədə çətinliyi olan - sağlamlıq imkanları məhdud olan uşaqların davamlı öyrənməsini təmin etməkdir.

 

Tural Ədalətoğlu

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!