Dilan Polat həbsxanada intihara cəhd edib

ŞOU BİZNES

03 May 2024 14:23

Oxunma sayi: 532
Dilan Polat həbsxanada intihara cəhd edib

Məhkəmənin sosial media fenomeni Banu Parlakın gözəllik mərkəzinin atəşə tutulması ilə bağlı qərarından sonra Dilan Polat intihara cəhd edib.

Bu barədə jurnalist Alev Gürsoy Cim xəbər verib.

Onun sözlərinə görə, Dilan Polat qərardan sonra kamerada ölmək istədiyini deyib.

Dilan Polatın rəfiqəsi Canan Toprak da onun həbsxanada çətin günlər keçirdiyini və özünə zərər verdiyini, qollarının, üzünün, ayaqlarının kəsiklər içində olduğunu iddia edib.

Vəkili Hüseyn Kaya xəbəri təsdiqləyib və Polatın hazırda psixoloji yardım aldığını deyib.

Xatırladaq ki, məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat ötən il noyabrın1-də saxlanılıblar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!