Çempionlar Liqasında yarımfinal həyəcanı: “Bavariya” - “Real” dueli

İDMAN

30 Aprel 2024 13:42

Oxunma sayi: 357
Çempionlar Liqasında yarımfinal həyəcanı:  “Bavariya” - “Real” dueli

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə start veriləcək.

Azmedia.Az xəbər verir ki, birinci oyunda “Bavariya” və “Real” kollektivləri üz-üzə gələcək.

Hər iki komanda 1/4 finalda İngiltərə klubunu mübarizədən kənarlaşdırıb. Almanlar “Arsenal”a qalib gəlibsə, “kral klubu” “Mançester Siti”dən güclü olub.

“Allianz Arena”da keçiriləcək matç saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal, ilk oyun

30 aprel

23:00. “Bavariya” (Almaniya) - “Real” (İspaniya)

Baş hakim: Klement Turpin (Fransa).

Münhen, “Allianz Arena” stadionu.

Qeyd edək ki, mayın 1-də yarımfinal mərhələsinin digər oyununda “Borussiya” Dortmundda PSJ-ni qəbul edəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!