Berlində metallurgiya zavodu yanır

DÜNYA

03 May 2024 17:00

Oxunma sayi: 426
Berlində metallurgiya zavodu yanır

Almaniyanın Berlin şəhərində “Diehl Metal Applications” metallurgiya zavodu yanır.

Azmedia.Az “Bild”ə istinadən xəbər verir ki, bu barədə Berlinin yanğınsöndürmə xidmətinin nümayəndəsi Adrian Vensel bildirib.

Onun sözlərinə görə, binanın dörd mərtəbəsi tamamilə yanıb, bir hissəsi uçub: “Yanğını nəzarət altına almaq mümkün deyil”.

A.Vensel bildirib ki, binanın daxilində kimyəvi maddələrdə yanır: “Orada sulfat turşusu və mis sianid də saxlanılırdı”. O qeyd edib ki, hidrogen sianid zəhərləyici turşunun yaranması təhlükəsi var. İnformasiyaya əsasən, hadisə yerinə 130 yanğınsöndürən cəlb edilib. Sakinlərə pəncərələri bağlamaq məsləhət görülüb. Xilasedicilər kimyəvi maddələrdən qorunmaq üçün kostyumlar geyinib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!