Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO

ÖLKƏ

03 May 2024 13:08

Oxunma sayi: 876
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə  OD VURDU - VİDEO

Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib.

Bu barədə görüntülər Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib. 

Özünü yandıran şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə ediblər. 

Polislər tərəfindən şəxsə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, həmin şəxsin sevdiyi qadın o ünvanda yaşayır və özünü ona görə yandırıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!