Bakı dünyada birbaşa xarici investisiya yatırılan 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO

İQTİSADİYYAT

06 May 2024 10:27

Oxunma sayi: 381
Bakı dünyada birbaşa xarici investisiya yatırılan 100 şəhər arasında  İLK ÜÇLÜKDƏ - VİDEO

Azərbaycan 100 birbaşa xarici investisiya yatırılan təyinat nöqtələri arasında üçüncü yeri tutub.

Məlumata görə, FDI Intelligence nəşrinin hazırladığı hesabata əsasən paytaxtımız Bakı şəhəri bu cəhətdən sürətlə inkişaf edən yerə çevrilib.

Birbaşa yatırılan xarici investisiya baxımından Bakını yalnız Almaniyanın Mannhaym və Rumıniyanın Krayova şəhərləri qabaqlayır. Müxtəlif ölkələrdə yerləşən 100 şəhərdən üçüncü olmağı bacaran Bakı bu baxımdan böyük göstəriciyə malik olub. 

Hesabata əsasən 2023-cü ildə Bakıda son altı ilin ən yüksək xarici birbaşa investisiya layihələri qeydə alınıb. Bura daha çox logistik layihələr daxil olub. FDI Intelligence nəşri məlumat verir ki, Ələt Azad İqtisadi Zonasına xüsusi maraq müşahidə olunub. 

Qeyd edək ki, 2023-cü ildə dünya üzrə şirkətlər tərəfindən 1,33 trilyon dollar dəyərində birbaşa xarici investisiya layihələri elan edilib. Bu göstərici əvvəlki illə müqayisədə təxminən 4% çoxdur.

Ətraflı süjetdə:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!