Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOSU

ÖLKƏ

07 May 2024 19:35

Oxunma sayi: 444
Azərbaycanda faciəli şəkildə ölən prokurorun  FOTOSU

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1983-cü il təvəllüdlü prokuror Müşfiq Abdullayev doğulduğu Gəncə şəhərində dəfn ediləcək.

Bu barədə Azpolitika.info məlumat yayıb.

Qeyd edilib ki, M.Abdullayev daha əvvəl Nəsimi Rayon Prokurorluğunda müstəntiq və böyük müstəntiq vəzifələrində də çalışıb.

Məlumat üçün bildirək ki, M.Abdullayev Ağstafanın sabiq polis rəisi Elsevər Aslanovun və kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun bacısı oğludur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Fotoda Aslan Aslanov

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!