Ailəsini öldürən Əhmədlə bağlı yeni AÇIQLAMA

ÖLKƏ

03 May 2024 12:19

Oxunma sayi: 488
Ailəsini öldürən Əhmədlə bağlı yeni  AÇIQLAMA

Ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam etdirilir.

Azmedia.Az "E-huquq.az"a istinadən bildirir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov deyib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs barəsində ilkin ekspertiza rəyi alınıb: "Ekspertizanın nəticəsindən asılı olaraq obyektiv və ədalətli qərarın qəbul olunması təmin ediləcək. O, hazırda Bakı istintaq təcridxanasında saxlanılır. Hazırda istintaq davam edir".

Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!